Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şuşa Azərbaycan üçün milli  qürurdu” adlı dəyirmi masa keçirilib

15.04.2022

15.04 2022- ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi şəhər Mədəniyyət evində "Şuşa Azərbaycan üçün milli  qürurdu" adlı dəyirmi masa keçirildi.Tədbirdə Samux şəhər Mədəniyyət evinin işçiləri Əliyeva Gülşən, Əlizadə Gültəkin, Məmmədova Sənayət və şəhər bədii qirayət dərnəyinin üzvləri Əliyeva Nigar, Məmmədzadə Səidə, Əsgərov Adina, Həsənli Fatimə, İbrahimova Nurtac, Xəlilova Aynişan, Salmanova Fatimə, Məmmədova Aysun iştirak edirdi.Tədbiri giriş sözü ilə şəhər Mədəniyyət evinin bədii rəhbəri Əliyeva Gülşən açaraq Şuşanın gözəl təbiəti, coğrafi mövqeyi, xüsusilə çox mühim strateji əhəmiyyətli qala olmasını bir sıra tədqiqatçılar dəfələrlə bildirmişlər.Şuşa havasının təmizliyi saflığı və müalicə əhəmiyyəti baxımından , nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa öz səfalı yerləri, istirahət guşələrinə görə məşhur olmasından danışdı.Tədbirin davamında şəhər Mədəniyyət evinin metodisti Əlizadə Gültəkin çıxışında Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətin, tarixdir. Rəşadətli Ordumuzun Şuşaya bayraq sancması və bu xəbərin müzəffər  Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən  xalqa çatdırılması 28 ildən sonra milli qürurumuzun da mənliyimizin də mədəniyyətimizin də incəsənətimizin də tariximizin də hətta yeni yüksəliş mərhələsinə daxil olmasından danışdı.Sonda şəhər bədii qirayət dərnəyinin üzvləri Şuşa haqqında şerlər söylədilər.

 

109.1 KB

 

121.7 KB